SİZİN REKLAM BURADA!
055 213 76 73


"Titanik" filminin rejissoru Ceyms Kemeron "Titan" sualtı qayığının başına gələn fəlakəti bir neçə gün əvvəl proqnozlaşdırdığını açıqlayıb.

BAKU.WS bu barədə "Haber Global"a istinadən xəbər verir.

1997-ci ildə ekranlara gələn, Keyt Uinslet və Leonardo Di Caprionun rol aldığı əfsanəvi filmin rejissoru Kemeron "Titan" itən gün gəmidə olduğunu və bu xəbəri bazar ertəsi eşitdiyini bildirib.

O, sualtı qayığın naviqasiyasının, həm də rabitəsinin eyni vaxtda itməsindən fəlakətin baş verdiyini proqnozlaşdırdığını söyləyib:

"Sümüklərimə qədər nə olduğunu hiss etdim. Sualtı qayığın elektron və rabitə sisteminin eyni vaxtda itməsi, radio ötürücünün cavabsız qalması...Sualtı qayığa nə baş verdiyini anladım".

Qeyd edək ki, itkin düşən sualtı qayıqda 5 nəfər olub.

Onlar britaniyalı iş adamı 48 yaşlı Şahzada Davud və onun 19 yaşlı tələbə oğlu Süleyman Davud, 58 yaşlı britaniyalı səyyah Hamiş Hardinq, keçmiş Fransız Dəniz Donanmasının dalğıcı 77 yaşlı Paul-Henri Nargeolet və "OceanGate Expeditions" şirkətinin baş direktoru 61 yaşlı Stoktan Raşdır.

ABŞ Sahil Mühafizəsi itkin düşən sualtı qayığın ekipajının öldüyünü təsdiqləyib. Onların cəsədlərinin axtarışları davam edir.

Xatırladaq ki, "Titanik" gəmisi 1912-ci ildə batıb.

BAKU.WS