SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ-da yeriməyi təzə öyrənmiş azyaşlı uşaq hamilə anasını paltar yuyan zaman öldürüb.

BAKU.WS xarici mətbuata istinadən zəbər verir ki, qadın həyatını itirməzdən saniyələr əvvəl başına gələnləri polisə danışıb.

Son zamanların bədbəxt hadisəsi sayılan olay

Ohio ştatında baş verib. Belə ki, yenicə yeriməyə başlayan və adı açıqlanmayan 2 yaşlı uşaq atasının çekmecesindən tapançanı götürərək anasına tuşlayıb. Silahdan təsadüfən atəş açan oğlan anasını güllələyib. Çaxnaşma içində olan qadın polisə zəng edərək kömək istəyib.

33 həftəlik hamilə olan ağır yaralı anaya köməyə gələn polis evin qapısını sındıraraq içəri daxil olub. Qatil körpəsi ilə yataq otağında dayanan ana təcili olaraq xəstəxanaya çatdırılıb.

31 yaşlı Laura İlq xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq həyatını itirib. Üstəlik, bətnində daşıdığı uşaq da dünyasını dəyişib. Polis rəisi David Smith çərşənbə axşamı bildirib ki, həkimlər təcili keysəriyyə əməliyyatı keçiriblər, lakin doğulacaq uşaq sağ qala bilməyib.

Qeyd edək ki, fərdi silahlanmanın pik həddə olduğu ABŞ-da 393 milyon odlu silah olduğu təxmin edilir. Təbii ki, bu rəqəm yalnız rəsmi məlumatlarda əks olunandır. CNN-in məlumatına görə, ölkədə hər 100 amerikalıya 120 silah düşür. Bu, dünyanın istənilən ölkəsi arasında ən yüksək göstəricidir və siyahıdakı ikinci ölkənin göstəricisindən iki dəfə çoxdur.

BAKU.WS
QALEREYA