SİZİN REKLAM BURADA!
055 213 76 73


İranın Firuzabad şəhərində gəlin öz toyunda təsadüfən güllələnib.

BAKU.WS "Daily Mail"ə istinadla xəbər verir ki, hadisə bəyin əmisi oğlunun toyun şərəfinə odlu silahdan atəş açması nəticəsində baş verib.

İlkin məlumata görə, iki dəfə atəş açılıb, birinci güllə yan keçsə də, ikinci güllə gəlinin başına dəyib və məclisdə iştirak edən digər iki qonağı yaralayıb. 

Hadisə yerinə gələn polisin sözlərinə görə, atəş açan şəxs silahla necə davranacağını bilməyib, üstəlik, onun silahdan istifadə etmək üçün lisenziyası olmayıb.

Atəş açan 36 yaşlı şəxs hadisə yerindən qaçıb, lakin polis onu yaxalaya bilib.

Ölən gəlinin ailəsi bildirib ki, onun ölümündən sonra qadının orqanları ehtiyacı olan üç nəfərə verilib. Xanımın sağlığında sosial işçi kimi çalışaraq narkomanlara bu aludəçilikdən qurtulmağa köməklik etdiyi məlum olub.

BAKU.WS