SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyəli şoumen Beyazıt Öztürk yeni açıqlaması ilə gündəmə gəlib. 

BAKU.WS xəbər verir ki, o, canlı efirlərdən birində reytinqli layihəsi olan "Beyaz Show"nun yenidən ekranlara qayıdacağını bildirib. 

Proqramın yeniliklərlə dolu olacağını deyən Beyazıt tamaşaçıları maraqlı yarışın gözlədiyini də vurğulayıb. 

Şoumen layihənin hansı aydan etibarən yayımlanacağını isə açıqlamayıb. 

Xatırladaq ki, "Beyaz Show" ilk dəfə ekranlara 1996-cı ildə gəlib. Həmin ildən 2018-ci ilə qədər fasilələrlə yayımlanıb.

BAKU.WS