SİZİN REKLAM BURADA!
055 213 76 73


Uşaqların sevimlisi, oyuncaq aləminin tanınmış cütlüyü Barbi və Ken əslində insan olaraq aramızdadırlar. Bir-birinə yaraşan cütlük qüsursuz bədən quruluşu ilə illərlə cəmiyyətdəki gözəllik standartlarını müəyyənləşdirdi. Gözəllik mərkəzlərinin sayı artdıqca Ken və Barbiyə bənzəmək istəyənlərin sayı çoxaldı. İnsanlar estetik etdirmək üçün plastik cərrahların qapısını döydülər. Onlar arasında  Valeria Lukyanova və Castin Cedlika da oldu. 

BAKU.WS-in məlumatına görə, modelliklə məşğul olan hər iki şəxs Barbi və Kenə bənzəmək üçün sözün əsl mənasında sərvət xərclədi. Onların bu addımı bir çox insanın marağına səbəb oldu.

Valeria Lukyanova 1985-ci ildə Moldovada dünyaya gəlib. O, internetdən qazandığı şöhrəti artdıqca reytinqli şoulara dəvət olundu. Bir dəfə türkiyəli şoumen Beyazıt Öztürkün də proqramına qonaq oldu. Real insandan daha çox gəlinciyə bənzəyən Valeria özü bildirib ki, əslində məqsədi Barbiyə bənzəmək olmayıb. Sadəcə rus qadını olaraq incə və zərif görünməyə çalışdığı üçün xarici görünüşü belədir. O gələcəkdə ana olmaq istəmədiyini də qətiyyətlə bildirib. Lukyanova insanların onun barəsində həddən artıq estetik etdirməsi fikirlərinə qarşı çıxır. O sadəcə sinəsini əməliyyat etdirdiyini deyib. 

Barbinin sevgilisi Ken isə Şərqdə deyil, Qərbdə doğulub. O, 1980-ci ildə Nyu Yorkda dünyaya gəlib. Castin Cedlika ona "Ken" deyilməsindən xoşu gəlir. Müsahibələrindən birində Kenə bənzəmək üçün çoxsaylı əməliyyatlar keçirdiyini etiraf edib. İndiyə qədər 780 əməliyyat keçirən Castin ümumilikdə 800 min dollar (1 milyon 360 min AZN) xərcləyib. O, estetik prosedurları daha çox simasında etdirib. 

Çoxsaylı əməliyyatlardan sonra tamamilə dəyişən ikili 2013-cü ildə bir araya gələn zaman mübahisə ediblər. Onlar bir-birlərinin görünüşünün təbii olmadığını düşünərək bəyənməyib və söz atmağa başlayıblar. Daha sonra gərginlik davaya çevrilib. Onların ilk görüşü heç də xoş təəssüratlarla yadda qalmayıb. 

Valeria Lukyanova və Castin Cedlika bundan sonra heç bir veriliş və şouda bir araya gəlmədilər. 

Zöhrə Pənahi
BAKU.WS