SİZİN REKLAM BURADA!
055 213 76 73


"Sezercik" adı ilə məşhurlaşan "Yeşilçam"ın uşaq aktyoru Sezer İnanoğlu həbs edilib. 

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, o, anasına görə həbsə girib. Bu barədə məşhur aktyorun anası Aysel İnanoğlu özü açıqlama verib:

"Oğlum Sezer İnanoğlu mənə görə 8 illik həbs edilib. Bütün bunlara görə çox kədərlənirəm. Mənim səhvimə görə onu həbs etdilər. Bizim Sapancada villalarımız var idi. 8-ni keçmiş bələdiyyə sədrinə satdıq heç nə olmadı. Birini də Kiprli həkim aldı, onda da heç bir problem olmadı.

Bir diş həkimi var idi. Ona evi 320 000 lirəyə (23 040 AZN) satmağa razılaşdıq. Mənə dedi ki, 300 000 lirə (21 600 AZN) verim, 20 000 lirəni (1 440 AZN) də 3 aylıq qəbzlərlə ödəyəcəm. Mən də onun bu qərarı ilə razılaşdım. Kupça üçün notariusa gedəndə qəbzi istədim, o da mənə, "Niyə tələsirsən?", - dedi. Adapazarında banka gedən zaman mənə 200 000 (14 400 AZN) lirə verdi. 20 000 (1 440 AZN) lirə üçün verilən qəbzin isə saxta olduğu anlaşıldı".

Aysel həmin adamı məhkəməyə verib. Bu zaman oğlu ilə özü günahkar çıxıb. Onlar saxta sənədlə ev satmaqda ittiham ediliblər. Sezer də daha əvvəl narkotik və silah qaçaqmalçılığında ittiham olunduğuna görə, bu hadisədən sonra birbaşa həbs edilib:

"Mən yaranmış vəziyyəti vəkilimə danışaraq həmin şəxsi məhkəməyə verdim. Məhkəmə zamanı qəbzin saxta olduğu müəyyən edildi. Diş həkimi qəbzin ona deyil də, bizə aid olduğunu bildirdi. Bundan sonra mənim oğlum Sezer həbs edildi. Əvvəllər heç bir cinayət işim olmadığıma görə həbs edilmədim. Amma Sezer həbs edildi".

BAKU.WS