SİZİN REKLAM BURADA!
055 213 76 73


"Sezercik" obrazı ilə məşhurlaşan türkiyəli aktyor Sezer İnanoğlu həbs olunub.

BAKU.WS xəbər verir ki, o, 5 il 9 ay müddətinə azadlıqdan məhrum edilib. Sezer fırıldaqçılıqda ittiham edilir. O, anası ilə birlikdə ev satmaq adı ilə bir qadını aldadıb.

Dələduzluqla üzləşdiyini anlayan qadın Sezeri prokurorluğa şikayət edib. Aparılan araşdırmalardan sonra aktyor anası ilə birlikdə həbs edilib. 

Sezerdən fərqli olaraq anası bundan əvvəl heç bir cinayət aktında ittiham olunmadığı üçün sərbəst buraxılıb. 

BAKU.WS