SİZİN REKLAM BURADA!
055 213 76 73


İstanbulda ictimai nəqliyyatın qiyməti qalxıb.

BAKU.WS Türkiyə mediasına istinadla xəbər verir ki, avtobusların, taksilərin, metrobüs, metro və mikroavtobusların gediş haqqı 29,10 faiz artırılıb.

İstanbul kartı ilə tək gediş haqqı 7,67 TL-dən 9,90 TL-yə yüksəlib. Tələbələrin tək keçid haqqı 3,74 TL-dən 4,83 TL-yə çatıb.

Marmaray metrosunda ən uzun məsafə üçün nəzərdə tutulan gediş haqqı 16,97 lirədən 21,91 lirəyə, metrobüslərdə ən uzun məsafə üçün nəzərdə tutulan gediş haqqı isə 11,38 lirədən 14,69 lirəyə yüksəlib.

Mikroavtobuslarda ən qısa məsafə 5,25 lirədən 7 lirəyə qaldırılıb. Taksilərdə qısa məsafə 42 faiz artırılaraq 28 lirədən 40 lirəyə qaldırılıb.

Qeyd edək ki, Türkiyədə minimum əmək haqqı artırılaraq, 8500 lirə (təqirbən, 774 manat) olub.

BAKU.WS