SİZİN REKLAM BURADA!
055 213 76 73


İranda molla rejiminin girov saxladığı Fransa vətəndaşlarından ikisi həbsdən azad edilib.

BAKU.WS xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı xəbər verib.

Bildirilir ki, 2020-ci ilin may ayında İranda saxta casusluq ittihamı ilə tutulan Benjamin Breyer təxminən 3 ilə yaxın həbsdən sonra, nəhayət ki, azadlığa buraxılıb. İran təhlükəsizlik orqanları onu qadağan olunmuş ərazilərdən məlumat toplamaq üçün drondan istifadə etmədə təqsirləndirib.

Bununla əlaqədar olaraq Breyer 8,5 il həbs cəzasına məhkum edilib.

Azadlığa çıxan digər Fransa vətəndaşı Bernard Fiyon da saxta casusluq ittihamı əsasında 6,5 il müddətinə həbs cəzasına məhkum edilib.

Artıq onların vətənlərinə qayıtdıqları bildirilir.

Qeyd edək ki, azı dörd Fransa vətəndaşı hələ də İranda həbsdədir.

BAKU.WS
VİDEO