SİZİN REKLAM BURADA!
055 213 76 73


İtkin düşən rusiyalı 63 yaşlı aktrisa Marina Qridasova Sankt-Peterburqda yerləşən Fontanka çayının sahilindəki evinin həyətində tapılıb.

BAKU.WS xəbər verir ki, aktrisa mayın 1-də səhər saatlarında mənzilindən çıxaraq sahilə doğru gedib və bundan sonra ondan heç bir xəbər alınmayıb. 

Qonşuları və dostları onun mənzilinin qapısının açıq olduğunu görüblər, içəridə heç kim olmayıb. Bundan sonra polisə xəbər verilib. Həmin gündən onun axtarışlarına başlanılıb.

Bildirilir ki, aktrisa elə həmin ərəfələrdə küçələrin birində çılpaq, döyülmüş və huşsuz halda tapılıb. Ancaq heç kim onun şəxsiyyətini müəyyən edə bilməyib. O, mayın 2-də orta-ağır vəziyyətdə xəstəxanaya aparılıb. Əvvəlcə şok reanimasiya, sonra isə yanıq reanimasiyasına yerləşdirilib və bu günə qədər də oradadır. 

Qadında hipotermiya, ağciyər iltihabı və pnevmoniya müəyyən olunub. Aktrisaya təcavüz olunduğu istisna olunmur, hazırda bu versiya yoxlanılır.

BAKU.WS