SİZİN REKLAM BURADA!
055 213 76 73


Sankt-Peterburqda Universitetskaya sahilindəki kafedə baş verən partlayış zamanı xəsarət alanların sayı 25 nəfərə çatıb.

BAKU.WS xarici KİV-nə istinadən xəbər verir ki, on nəfərin vəziyyəti ağırdır.

Məlumata görə, hadisə nəticəsində həlak olan Vladlen Tatarskinin əlində ona hədiyyə edilən heykəlcik partlayıb.

"Büstü gətirib ona təqdim edən gənc qız idi", - deyə hadisə şahidi bildirib.

Hadisə yerində 13 təcili yardım briqadası cəlb edilib.

***20:25

Rusiyanın Sankt-Peterburq şəhərinin mərkəzində partlayış baş verib.

BAKU.WS TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin fövqəladə xidmətlərindən məlumat verilib.

Qeyd olunub ki, partlayış Universitet sahilində yerləşən "Street-bar" kafesində olub.

Nəticədə bir nəfər ölüb, on beş nəfər yaralanıb.

Ölən hərbi jurnalist Vladlen Tatarskidir.

Hazırda aidiyyatı qurumlarla birgə hadisənin baş vermə səbəbi araşdırılır.

BAKU.WS