SİZİN REKLAM BURADA!
055 213 76 73


Meqastar Tarkan şəxsi həyatı ilə gündəmə gəlib. 

BAKU.WS xəbər verir ki, sənətçi uzun müddətdən sonra həyat yoldaşı Pınar Tevetoğlu ilə seçki dairəsində görüntülənib. 

Cütlük Almanyanın Düsseldorf şəhərində Türkiyədə prezidentliyə namizədliyini irəli sürən 4 nəfərdən birini seçərək səs verib. 

Sənətçinin həmin anları lentə alınaraq sosial şəbəkələrdə paylaşılıb. Tarkanın həyat yoldaşı Pınar artıq çəkisi ilə müzakirələrə səbəb olub. 

Bəzi izləyicilər bunu onun hamilə olması ilə əlaqələndiriblər.

Qeyd edək ki, Tarkan və Pınar 2016-cı ilin aprelində evləniblər. Onların iki övladı var. 

BAKU.WS