SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin İstanbul şəhərinin İstiqlal küçəsində ötən il törədilən terror aktı ilə bağlı hazırlanan iddianamə çərçivəsində aralarında Əhlam Əlbəşirin də olduğu 36 şübhəlinin məhkəməsi sabah başlayacaq.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, təqsirləndirilən şəxslərin "dövlətin birliyini və ölkə bütövlüyünü pozmaq", "silahlı terror təşkilatı yaratmaq və ya rəhbərlik etmək", "silahlı terror təşkilatına üzv olmaq", "bomba vasitəsilə qəsdən uşaq öldürmə", "bombalama ilə adam öldürmə", "təhlükəli malların icazəsiz saxlanması" və "immiqrantların qaçaqmalçılığı" ilə cəzalandırılması tələb edilib.

Həmçinin ittiham aktında Əlbəşirin 1949 ildən 3 min 9 ilə qədər həbsi istənilir.

Xatırladaq ki, 2022-ci il noyabrın 13-də törədilən partlayışda 6 nəfər ölüb, 81 nəfər yaralanıb.

BAKU.WS