İstiqlal küçəsindəki terror aktı ilə bağlı daha bir nəfər saxlanıldı

Ötən il Türkiyənin İstanbul şəhərinin İstiqlal küçəsində törədilən terror aktı ilə bağlı daha bir nəfər yaxalanıb.
BAKU.WS Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə ölkənin daxli işlər naziri Süleyman Soylu "Kanal 24"ə açıqlamasında bildirib.
Soylunun sözlərinə görə, terroru təşkil edən, partlayıcını suriyalı qadın terrorçu Əhlam Əlbəşirə verdiyi bildirilən və Bilal Həsənin xaricə qaçmasına kömək edən terrorçu Bolqarıstanda tutulub:
"Bu adı Bolqarıstan rəsmilərinə bildirdik. Onlar da bu şəxsi tutaraq Ədirnədən bizə təhvil verdilər", - deyə o qeyd edib.
Xatırladaq ki, keçən ilin noyabrın 13-də istiqlal küçəsində törədilən partlayışda 6 nəfər ölüb, 81 nəfər yaralanıb.
Oxşar xəbərlər
İstanbulu qana bulayan terrorçudan ŞOK ETİRAFLAR - FOTO
Ötən gün Türkiyənin İstanbul şəhərində törədilmiş terror aktının yeni detalları üzə çıxıb. BAKU.WS “modern.az”a istinadən xəbər verir ki, hadisəni törətməkdə şü...
