SİZİN REKLAM BURADA!
055 213 76 73


Ermənistan tərəfinin təxribatı nəticəsində Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri zamanı yaralanan erməni hərbçilərin vəziyyəti açıqlanıb.

BAKU.WS xəbər verir ki, bu barədə ölkənin müdafiə nazirliyi məlumat yayıb.

Bildirilib ki, yaralanmış 6 erməni hərbçidən üçünün vəziyyəti son dərəcə ağır, ağır və orta ağır, qalan üçünün isə qənaətbəxş qiymətləndirilir.

Qeyd edək ki, aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. Bildirilib ki, qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub və yaralanıb.

BAKU.WS