SİZİN REKLAM BURADA!
055 213 76 73


Ermənistan tərəfinin təxribatı nəticəsində məhv edilən erməni hərbçilərin sayı artıb.

Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, təxribat nəticəsində 4 nəfər məhv edilib, 6 nəfər yaralanıb.

Ermənistan tərəfinin təxribatı nəticəsində məhv edilən erməni hərbçilərin adları açıqlanıb.

Bunlar Artur Avetisi Saakyan (1999-cu il təvəllüdlü), Mkrtiç Armeni Arutyunyan (1989-cu il təvəllüdlü), Henrik Vaçaqani Koçaryan (1997-ci il təvəllüdlü) və Narek Qagiki Sarkisyandır (1994-cü il təvəllüdlü).

***18:04

Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri zamanı Ermənistan Silahlı Qüvvələrinin xüsusi təyinatlı Ordu Korpusunun komandiri, polkovnik Armen Qezalyan Dığ kəndi yaxınlığında atışma zamanı yaralanıb.

BAKU.WS xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

Bildirilir ki, yaralanan polkovnik Armen Qezalyan əməliyyat masasına yerləşdirilib.

Ermənistan ordusunda bundan əlavə ölən və yaralanan hərbçilərin də olduğu bildirilir. 

Qeyd edək ki, aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. Bildirilib ki, qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub və yaralanıb.

BAKU.WS