SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünyanın ən yüksək bazar dəyəri olan kriptovalyutası “Bitkoin”in qiyməti 4,49% artaraq 2022-ci ilin iyunundan bəri ilk dəfə 29 min ABŞ dollarını ötüb.

BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə “Coindesk” platformasının Bakı vaxtı ilə saat 21:09-a olan məlumatında deyilir.

Qeyd olunub ki, “Bitkoin” bu gün 29,173 ABŞ dollarına satılıb.

Sonuncu dəfə “Bitkoin”in qiyməti 29 min ABŞ dollarını 11 iyun 2022-ci ildə keçib.

“Bitkoin” blokçeyn texnologiyasına əsaslanan eyniadlı kriptovalyutanın mərkəzləşdirilməmiş sistemidir və istənilən istifadəçi - sistemin üzvü tərəfindən buraxıla bilər. Bunun üçün sistemin yeni bloklarını yaratmalısınız.

Sistemin konsepsiyası 2008-ci ilin noyabrında Satosi Nakamoto təxəllüslü şəxs tərəfindən nəşr edilib. “Bitkoin”in populyarlığının zirvəsi yalnız son illərdə qeyd olunur. “Bitkoin” tədarükü təbii olaraq məhduddur.

BAKU.WS