SİZİN REKLAM BURADA!
055 213 76 73


Ukrayna çempionatının "Polisiya Jitomir" və Zaporojyenin "Metalurq" komandalarının matçında insidet baş verib.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, görüşün son saniyələrində meydan sahibinin oyunçularından biri rəqibin cərimə meydançasında yıxılıb. O və komanda yoldaşları penalti tələb ediblər.

Oyunun baş hakimi isə vəziyyəti qayda pozuntusu hesab etməyib və oyunun davam etdirilməsinə göstəriş verib.

Bu oyunçular arasında qəzəbə səbəb olub.

Belə ki, referini əhatəyə alaraq etiraz bildirən meydan sahibi - "Polisiya"nın futbolçuları görüşün qadın hakiminə hücum çəkiblər.

Futbolçularından biri - Vadim Çervak ​​onu itələyib. O, qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

Sözügedən görüntüləri təqdim edirik:

BAKU.WS
VİDEO