SİZİN REKLAM BURADA!
055 213 76 73


İstanbulun mərkəzində, Beyoğluda yerləşən beşmərtəbəli bina tamamilə çöküb.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəzalı bina səhər saatlarından etibarən qismən uçmağa başlayıb və yerli vaxtla 15:00-da tamamilə uçub. 

***11:08

Türkiyənin İstanbul şəhərində, beşmərtəbəli binada çökmə təhlükəsi yaranıb, tramvay səfərləri təxirə salınıb.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə yerli vaxtla 06:30 radələrində, Beyoğlunun Kemeraltı küçəsində, 5 mərtəbəli sahibsiz binada baş verib.

Məlumata görə, təmir olunan bina qismən çöküb.

Çökmə nəticəsində beton parçaları yola tökülüb. Ardınca hadisə yerinə polis və xilasetmə qrupları cəlb edilib.

Beşiktaş istiqamətində nəqliyyatın hərəkəti dayandırılıb.

Səlahiyyətlilər binada araşdırmaları davam etdirirlər.

BAKU.WS
VİDEO

VİDEO

QALEREYA