SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanəsilli aktyor Tamer Karadağlı bir neçə gün əvvəl illərdir kirayə qaldığı ev sahibini məhkəməyə verib. Buna səbəb aktyorun ev sahibinin kirayəhaqqını 10 500 lirədən (təxminən 929 AZN) 55 000 lirəyə (təxminən 4 867 AZN) qədər artırması olub.

BAKU.WS xəbər verir ki, qarşı tərəfin vəkili Yasemin Kumbaracıbaşı açıqlama yayaraq Karadağlının dediklərinin əsassız olduğunu, onun adi deyil, lüks, rahat və geniş evdə yaşadığını, bunun nəticəsində də yüksək məbləğdə kirayəhaqqı ödəməli olduğunu deyib:

"Həmin ərazidə Karadağlının kirayə qaldığı lüks mənzillərin kirayəhaqqı 50 min lirə (təxminən 4425 AZN) ilə 70 000 lirə( təxminən 6125 AZN) arasında dəyişir. O, adi vətəndaşların yaşadığı sadə evdə deyil, lüks mənzildə yaşayır. Müvəkkilimin fürsətçi biri kimi təqdim edilməsi absurddur.

Karadağlı bizə qarşı verdiyi açıqlamalarla özünü haqlı çıxarmağa çalışır. Görktürkdə 6 ildir qaldığı mənzildə sadəcə ürəyi istəyəndə artıq kirayəhaqqı ödəyib. Bu səbəblə də onun indi hər ay verməli olduğu kirayəhaqqı 55 000 lirəyə (təxminən 4 867 AZN) qədər artırılıb.

Bu bir neçə ildə ölkədə yaşanan inflyasiyanı nəzərə alsaq, hər şey 3-4 dəfə bahalaşıb. Tamer başlatdığı məhkəmə prosesində özünü xalq qəhrəmanı kimi təqdim edib, sona qədər mübarizə aparacağını deyir. Biz isə bunu sadəcə özümüzə qarşı təşviqat kimi dəyərləndirirk".

BAKU.WS