SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə İzmir bələdiyyəsi zəlzələdə evləri dağılan və zərər görən vətəndaşlar üçün "Bir Kira Bir Yuva" yardım kampaniyasına start  verib. 

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, yardıma qoşulanlar arasında qardaş ölkənin tanınmış simaları da var. 

Onlar müxtəlif yardım təklifləri ilə həmyerlilərinə dəstəklərini ifadə ediblər. 

BAKU.WS həmin türkiyəli məşhurların siyahısını təqdim edir:

Aktrisa Pınar Deniz evsiz qalan həmyerlilərinə 100 min lirə (təxminən 9 010 AZN) yardım edib. 

Müğənni Gülşen 120 min lirə (təxminən 10 812 AZN) məbləğində pul yardımı edib. 

Müğənni Yıldız Tilbe 12 ailənin bir illik kirayə haqqını ödəyərək gündəlik xərclərini qarşılayacaq.

Müğənni Sıla Gençoğlu zəlzələdən zərərçəkənlərə bir konsertindən qazanacağı gəliri bağışlayacaq.

Məşhur aparıcı və prodüser Armağan Çağlayan 1 milyon lirə (təxminən 90 100 AZN) yardım edib. 

Müğənni Hakan Altun 5 ailənin bir illik 5 evdə yaşamasını təmin edəcək. 

Aktrisa Meltem Cumbul 40 min dollar (təxminən 68 000 AZN) ianə edib. 

Aktyor Metin Akpınar zəlzələdən zərərçəkənlərə 500 min lirə (təxminən 45 050 AZN) bağışlayıb. 

Aktyor Mert Fırat 10 ailənin kirayə haqqını ödəyəcək. 

BAKU.WS