SİZİN REKLAM BURADA!
055 213 76 73


2022-ci ilin fevralından Rusiyanın hərbi təcavüzünün başladığı vaxtdan bəri Ukraynada azı 501 uşaq öldürülüb.

BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) icraçı direktoru Ketrin Rassel tviterdə yazıb.

“Ukraynanın uşaqları və ailələri üçün daha bir faciəvi dönəm”, - o, sosial şəbəkədə vurğulayıb.

Rassel xəbərdarlıq edib ki, real rəqəm, ehtimal ki, BMT agentliyinin təsdiq etdiyi rəqəmlərdən xeyli yüksəkdir.

Bundan əlavə, 1 000-ə yaxın ukraynalı uşağın yaralandığını açıqlayan UNICEF-in rəhbəri əlavə edib ki, müharibə zamanı uşaqların aldıqları görünən və görünməyən yaralar ömür boyu onlarda qala bilər:

“Hər bir uşaq harada yaşayırsa yaşasın, dinc bir mühitdə böyüməyə layiqdir. Heç bir uşaq zorakılıq və qorxu ilə boğulan uşaqlığı yaşamamalıdır”.

BAKU.WS