SİZİN REKLAM BURADA!
055 213 76 73


Fransanın paytaxtı Paris şəhərində hüquq-mühafizə orqanları pensiya islahatlarına qarşı aksiyalarda 217 etirazçını saxlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Le Figaro" Parisin Polis İdarəsinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Parisdə mitinqlərin dağıdılması zamanı etirazçılar avtomobilləri və küçələrdə yığılan zibilləri yandırmağa başlayıblar.

Həmçinin bildirilib ki, polis pensiya islahatına qarşı çıxan etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.

Xatırladaq ki, ötən gün Parisdə pensiya islahatlarına qarşı etiraz aksiyaları keçirilib. Aksiyalar zamanı etirazçılar və polislər arasında toqquşmalar olub.

BAKU.WS