SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya Silahlı Qüvvələri Ukraynanın Nikolayev vilayətini raket atəşinə tutub.

BAKU.WS UNİAN-a istinadən xəbər verir ki, bu barədə vilayətin hərbi administrasiyasının rəhbəri Vitali Kim bildirib.

Hadisə zamanı 2 nəfər həlak olub.

Məlumata görə, Kutsurub yaşayış məntəqəsinin atəşə tutulması nəticəsində 1978 və 1980-ci il təvəllüdlü kişi və qadın həlak olub.

7 yaşlı uşaq isə təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

BAKU.WS
QALEREYA