SİZİN REKLAM BURADA!
055 213 76 73


Gürcüstanda minlərlə adamın küçələrə axışaraq etiraz etməsinə səbəb olan qanun geri götürülüb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Gürcü arzusu – Demokratik Gürcüstan” və “Xalqın gücü” hərəkatı birgə bəyanat yayıb.

Qeyd edək ki, Gürcüstanın paytaxtı Tbilisidə parlamentin qarşısında "Xarici agentlər haqqında" qanun layihəsinin qəbul edilməsinə qarşı olaraq minlərlə insan etiraz aksiyası keçirib.

Polis əməkdaşları səsgücləndiricilərlə etirazçılardan dağılışmağı tələb etsə də, narazı kütlə buna əhəmiyyət verməyib.

Daha sonra etirazçıları dağıtmaq üçün Gürcüstanın xüsusi təyinatlı qüvvələri müdaxilə edib. Su şırnaqları və gözyaşardıcı qazdan istifadə edən təhlüksəzilik qüvvələri nümayişçiləri dağıtmağa müvəffəq olub.

BAKU.WS