SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə müxalif partiya liderlərindən ibarət "altılı masa"nın 12-ci iclası keçirilib.

BAKU.WS "TRT Haber"ə istinadən xəbər verir ki, 6 saat çəkən iclasın gündəliyində əsas müzakirə mövzusu prezidentliyə namizədin müəyyənləşdirilməsi olub.

Qeyd olunur ki, iclasdan sonra müxalifət liderləri sözügedən namizədlə bağlı ortaq razılığa gəliblər.

Namizədin adının növbəti iclasda - martın 6-da açıqlanacağı bildirilib.

"Vahid namizəd və keçid prosesinin "yol xəritəsi" mövzusunda ortaq rəyə gəldik. Sədrlər partiya rəsmilərini məlumatlandırdıqdan sonra 6 mart tarixində vahid namizədin adı açıqlanacaq. Bununla bağlı "altılı masa" Səadət Partiyasının qərargahında yenidən bir araya gələcək", - deyə bəyanatda vurğulanıb.

Qeyd edək ki, "altılı masa"ya Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu, İYİ Partiyasının sədri Meral Akşener, Demokratiya Partiyasının sədri Gültekin Uysal, Saadet partiyasının sədri Temel Karamollaoğlu, DEVA Partiyasının sədri Ali Babacan və Gelecek Partiyasının sədri Ahmet Davutoğlu daxildir.

BAKU.WS
QALEREYA