SİZİN REKLAM BURADA!
055 213 76 73


Məşhur müğənni Şakiradan xəbər var. 

BAKU.WS xəbər verir ki, futbolçu əri Jerar Pikedən qalmaqallı şəkildə ayrılan sənətçinin bu dəfə şiddətə məruz qaldığı videosu yayılıb. 

Görüntülərdə müğənninin qayınanası Monserrat Bernabeunun ona qarşı zorakılıq nümayiş etdirdiyi əks olunub.

O, Şakiranı sıxışdıraraq hansısa mövzu ilə bağlı tənbeh edir. 

Məlumat üçün bildirək ki, Şakira ilə Pike 2010-cu ildə keçirilən dünya çempionatında tanış olublar. İlk müzakirə predmeti ulduzlar arasındakı yaş fərqi olub. Belə ki, Pike Şakiradan 10 yaş kiçikdir.

2013-cü il yanvarın 22-də cütlüyün oğlu Milan, 2015-ci il yanvarın 29-da isə ikinci oğulları Saşa dünyaya gəlir.

Onlar ötən ilin iyunun 4-də 12 illik həyat yollarını qalmaqallı şəkildə ayırıblar. 

BAKU.WS
VİDEO