SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədəki zəlzələ bölgəsində axtarış-xilasetmə işləri aparan xilasedicilərdən biri Mustafa Aydın türk mətbuatında müzakirələrə səbəb olub. Belə ki, AFAD könüllüsünün dəbilqəni çıxararkən başından qalxan buxar ətrafdakı kameralar tərəfindən görüntülənərək zəlzələdən sonrakı xilasetmə işlərinin rəmzinə çevrilmişdi.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, 41 yaşlı, iki uşaq atası Mustafa indi də zəlzələnin dağıntılara məruz qoyduğu bölgələrdə axtarış-xilasetmə işlərinə davam edir. 

Çalışdığı dövrdə Aydın gözündən zədə alıb. Qısa müalicədən sonra o, yenidən işinə davam edib. Daha sonra üzərinə dağıntılar aşıb və başı betona dəyib, qulağının bir hissəsi qopub. Bütün bunlara baxmayaraq, o, yenidən zəlzələ bölgəsinə qayıdıb və işinə davam edib. 

Hazırda təbii fəlakət ərazisində olan Aydın axtarış-xilasetmə işləri bitənə qədər oradan ayrılmayacağını deyib:

"Sol qulağımın üst tərəfi qopdu. Xəstəxanada yenidən tikdilər. Əllərim və ayaqlarım hələ sağlamdır. Yenidən zəlzələ bölgəsinə gəlib zərərçəkənlərə köməyimi davam etdirdim. Sona qədər də buradayam".

BAKU.WS
VİDEO