SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin Hatay vilayətində baş verən zəlzələlər nəticəsində ölənlərin sayı altı nəfərə çatıb.

Bu barədə “Hurriyet” qəzeti məlumat yayıb.

Zəlzələ nəticəsində 300-ə yaxın insan isə xəsarət alıb.

***08:27

Türkiyənin Hatay vilayətində baş verən zəlzələlər nəticəsində ölənlərin sayı dörd nəfərə çatıb.

Bu barədə “TRT Haber” məlumat yayıb.

Dağıntılar altında qalan iki nəfərin axtarışı üzrə işlər davam etdirilir.

***08:03

Türkiyənin Hatay vilayətində ötən gün baş verən 6,4 və 5,8 bal gücündə zəlzələlər zamanı 18-i ağır olmaqla, 294 nəfər yaralanıb.

BAKU.WS xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca "Twitter" hesabında paylaşım edib.

Nazir əlavə edib ki, 95 yaralı ilkin tibbi yardımdan sonra Adana və Dördyol xəstəxanalarına aparılıblar.

Ölkənin daxili işlər naziri Süleyman Soylu dünən gecə saatlarında bildirib ki, Türkiyədə yeni zəlzələlər nəticəsində üç nəfər həlak olub.

BAKU.WS
VİDEO