SİZİN REKLAM BURADA!
055 213 76 73


Fevralın 17-də Bakı vaxtı ilə saat 03:11-dən 04:49-dək Türkiyənin Malatya, Elazığ və Kahramanmaraş şəhərlərində zəlzələ olub.

Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, maqnitudası 4-4.8 diapazonunda dəyişən zəlzələlərin ən güclüsü Elazığın Karakoçan rayonunda baş verib. Belə ki, ocağı 11,78 km dərinlikdə qeydə alınan yeraltı təkanlar Bakı vaxtı ilə saat 04:35-də meydana gəlib.

Eyni zamanda, fevralın 6-da fəlakətə yol açan zəlzələ ilə gündəmə gələn Kahramanmaraşın Pazarcık rayonunda da titrəmələr olub. Bakı vaxtı ilə 04:49-da qeydə alınan zəlzələnin ocağı 6,6 km dərinlikdə olub.

Dağıntılar və tələfat barədə məlumat verilməyib.

BAKU.WS