SİZİN REKLAM BURADA!
055 213 76 73


Kahramanmaraşda yerləşən şüşə qablar mağazası zəlzələdə heç bir xəsarət almayıb. Mağazadakı boşqablar da daxil olmaqla içindəki əşyaların heç biri yerindən tərpənməyib.

Yaşayış binasının birinci mərtəbəsində yerləşən şüşə qablar mağazası zəlzələnin baş verdiyi 6 fevral tarixindən qapalıdır. Lakin mağazada heç bir əşyanın, o cümlədən çini boşqabların belə qırılmadığı diqqət çəkib.

Mağazanın düz qarşı tərəfindəki yaşayış binasının dağıntıları arasında isə axtarış-xilasetmə işləri aparılır. Mağaza yoldan keçənləri təəccübləndirib.

“Buranı təsadüfən gördüm. Heyrətə gəldim. Bir boşqabın belə yerindən tərpənməməsi Allahın təqdiridirmi, ya binanın sağlam olmasımı deməkdir, ya da ehtiyat tədbirlərimi görülüb, bunlar mübahisəlidir. Küçədəki bir çox binalar dağılıb. Dağılmayan binalara da ziyan dəyib. Çox maraqlı vəziyyətdir. Heyrət içindəyəm”, - deyə zəlzələ qurbanlarından olan Selattin Qazihanoğlu bildirib.

BAKU.WS
VİDEO