SİZİN REKLAM BURADA!
055 213 76 73


Suriya Mülki Müdafiə Qüvvələri ölkədə baş vermiş dağıdıcı zəlzələdən sağ qalanların axtarışlarının başa çatdığını açıqlayıb.

Bu barədə Suriya Mülki Müdafiə Qüvvələrinin sözçüsü “Əl-Hədas” telekanalına müsahibəsi zamanı məlumat verib.

“Mülki Müdafiə Qüvvələri ölkənin şimalında baş verən zəlzələ nəticəsində itkin düşənlərin axtarışı üzrə fəaliyyətlərini başa çatdırıb”, - deyə o söyləyib.

Suriyanın şimal-qərbindəki Latakiya əyalətinin qubernatoru Amer İsmayıl Hilal da vilayətdə xilasetmə əməliyyatlarının dayandırıldığını və dağılmış binaların dağıntılarının təhlilinin aparıldığını söyləyib.

BAKU.WS