SİZİN REKLAM BURADA!
055 213 76 73


Kahramanmaraşda dəhşətli zəlzələdən sonra Hatayda yer aralanıb, böyük və dərin çat əmələ gəlib.

BAKU.WS xəbər verir ki, yaranmış yarğan nəticəsində Zeytun bağı yarıya bölünüb. Çalanın dərinliyi 30 metr, 200 metr uzunluqdandır.

Sakinlər bildirirlər ki, çat yaranan zamanı dəhşətli və gurultulu səs yayılıb. Çoxu həmin səsi partlayışa bənzədib.

Qeyd edək ki, fevral ayının 6-da Türkiyənin 10 rayonunda dəhşətli zəlzələ baş verib. Türkiyədə dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 19 388 nəfərə çatıb. Təbii fəlakət nəticəsində 77 711 nəfər yaralanıb.

BAKU.WS
QALEREYA