SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin 10 şəhərində dağıntı və tələfatla nəticələnən zəlzələ ilə bağlı müzakirələr gedir. Belə ki, ölkədə minlərlə insanın ölümünə səbəb olan zəlzələnin 2 gün öncə Boğazda lövbər salan 155 metr uzunluğundakı ABŞ döyüş gəmisi tərəfindən yaradılması barədə iddialar ortaya atılıb.

BAKU.WS xəbər verir ki, "Habertürk" kanalında qonaq olan tanınmış professor Celal Şengör bu iddiaların əsassız olduğunu bildirib:

"Bundan yaxşı cəfəngiyat eşitməmişəm. Zəlzələ yaratmaq üçün böyük enerji lazımdır. Həmin enerjini bir gəmi ilə necə yaratmaq olar? Özlərini güldürməsinlər. Bunun üçün yüz minlərlə atom bombası lazımdır".

BAKU.WS
VİDEO