SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin "Habertürk" kanalında yayımlanan "Teke Tek" proqramının canlı yayımına Hatay şəhərinin bələdiyyə sədri Lütfü Savaş qoşulub.

BAKU.WS xəbər verir ki, Lütfü Savaş şiddətli zəlzələdən sonra şəhərdəki acınacaqlı vəziyyətlə bağlı danışıb.

Bələdiyyə sədrinin açıqladığı rəqəmlər və dağıntılarla bağlı məlumatlar aparıcı Fatih Altaylını göz yaşlarına boğub.

"Hazırda çöldə 2-3 dərəcə isti var. Yağış var. İnsanlar soyuqdan ölə bilər. Hatayda vəziyyət çox pisdir. Təəssüf ki, həm həyatını itirən, həm də dağılan bina problemimiz var. 1200-ə yaxın bina dağılıb. Öz imkanlarımızla insanları xilas etməyə çalışırıq. Texnikalardan çox istifadə edə bilmirik, çünki dağıntılar altında olanlara zərər verə bilərik", - deyə Lütfü Savaş əlavə edib.

BAKU.WS
VİDEO