SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün səhər saatlarında Türkiyənin 10 şəhərində baş verən dəhşətli zəlzələdən sonra binaların dağıntıları altında qalan vətəndaşların xilası üçün işlər davam edir.

BAKU.WS xəbər verir ki, zəlzələ Diyarbəkir şəhərinin Bağlar rayonunda da qeydə alınıb.

Dağıtılar altında qalan gəncin köməyə gələnlərə, "Bacımın vəziyyəti yaxşıdır. Qardaşımdan səs gəlir", - dediyi anlar anbaan kameraya əks olunub.

Qeyd edək ki, Türkiyənin Kahramanmaraş Pazarcık rayonunda Bakı vaxtı ilə 05:26-da 7,7 bal gücündə zəlzələ baş verib. Zəlzələ Kahramanmaraş, Hatay, Osmaniye, Adıyaman, Gaziantep, Şanlıurfa, Diyarbakır, Malatya ve Adana başda olmaqla ətraf ərzailərdə, o cümlədən Ankarada da hiss edilib. 912 nəfər zəlzələ nəticəsində ölüb, 5385 şəxs yaralanıb. 2 min 470 nəfər dağıntılar altından xilas edilib. 2 min 818 bina isə dağılıb.

BAKU.WS
VİDEO