VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-də yaşayan 24 yaşlı Mirakl Poq yaşda babasından böyük olan 85 yaşlı Çarlz Poqla evlənib.

BAKU.WS xəbər verir ki, cütlüyün toyu ABŞ-nin cənub-şərqindəki Missisipi ştatında baş tutub.

Bildirilir ki, cütlük 2019-cu ildə tanış olublar və onların dostluğu sonradan sevgiyə çevrilib.

24 yaşlı Mirakl deyib ki, ərinin övladı olmayıb. İlk məqsədi ana olmaq və ərinin nəslinin davam etməsini təmin etməkdir. Maraqlıdır ki, onun 45 yaşlı anası Tamika Filips və 72 yaşlı babası Co Braunun evliliyə müsbət baxıblar.

"Ərimin 55 və ya 100 yaşında olmasının fərqi yoxdur. Onu olduğu kimi sevirəm, aramızdakı yaş fərqinin heç bir əhəmiyyəti yoxdur. Çarlzla puluna görə deyil, ona aşiq olduğum üçün evlənmişəm", - deyə 24 yaşlı qadın bildirib.

BAKU.WS
VİDEO