SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı açıqlanıb.

BAKU.WS-in məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

Döyüşlər nəticəsində Rusiyanın 129 030 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 3 211 tank, 6 382 zirehli döyüş maşını, 2 212 artilleriya sistemi, 458 reaktiv yaylım atəşi sistemi, 222 hava hücumundan müdafiə sistemi, 293 qırıcı, 282 helikopter, 1 951 PUA, 796 qanadlı raket, 18 gəmi və kater, 5 064 nəqliyyat vasitəsi və 200 xüsusi texnikadan ibarətdir.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi 344 gündür ki davam edir.

BAKU.WS
QALEREYA