SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 0,25 faiz bəndi həddində artırıb.

BAKU.WS “report”a istinadən xəbər verir ki, bununla da uçot dərəcəsi 4,50-4,75 %-ə çatdırılıb.

"Komitə (Açıq bazar üzrə əməliyyatlar) uzun müddət ərzində maksimum məşğulluğa və 2% inflyasiyaya nail olmağı hədəfləyir. Bu məqsədlərə dəstək olaraq, komitə federal fondların faiz dərəcəsi üçün hədəf diapazonunu 4,50-4,75%-ə yüksəltmək qərarına gəlib", - Komitənin mesajında deyilir.

Komitənin bütün üzvləri qərarın lehinə səs veriblər. Eyni zamanda, FED hesab edir ki, pul siyasətinin məqsədlərinə nail olmaq üçün hədəf faiz bandının davamlı artırılması məqsədəuyğun olacaq.

Qeyd edək ki, FED 2022-ci ildə uçot dərəcəsini yeddi dəfə artırıb.

BAKU.WS