SİZİN REKLAM BURADA!
055 213 76 73


Məşhur müğənni Hadisenin keçmiş həyat yoldaşı Mehmet Dinçerler özünə lüks malikanə alıb.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, iş adamı yeni evi üçün 60 milyon lirə (təxminən 5 milyon 424 min AZN ) ödəyib. 

Mehmet Dinçerler lüks malikanəni təmir də etdirib. O, bunun üçün 15 milyon lirə (təxminən 1 milyon 356 min AZN) xərcləyib. 

Müasir dizaynı ilə gözoxşayan mənzilin təmirinə tanınmış memarlar cəlb olunub. Malikanənin görüntüləri həmin memarların birinin paylaşımında üzə çıxıb. 

Xatırladaq ki, Mehmet Dinçerler Hadisedən ötən ilin sentyabrında ayrılıb. Keçmiş cütlük arasında heç bir mal-mülk bölgüsü olmayıb. 

Zöhrə Pənahi
BAKU.WS