SİZİN REKLAM BURADA!
055 213 76 73


Rok musiqisinin əfsanəsi, ABŞ-li müğənni-bəstəkar və "The Byrds", "Crosby, Stills & Nash" və CPR rok qruplarının qurucu üzvü Devid Van Kortlend Krosbi vəfat edib.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra 82 yaşında dünyasını dəyişib.

Krosbi karyerasına yeniyetmə yaşlarında Santa-Barbaradakı klublarda qardaşı ilə birgə çıxış edərək başlayıb.

Qeyd edək ki, bəstəkar 1941-ci il avqustun 14-də Los-Ancelesdə anadan olub. O, həm də aktyor olaraq tanınıb.

BAKU.WS
QALEREYA