SİZİN REKLAM BURADA!
055 213 76 73


"Sherlock Holmes", "Doktor Strange" kimi obrazlara həyat verən məşhur aktyor Benedikt Kamberbetçlə bağlı yeni fakt ortaya çıxıb. 

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, aktyorun ulu babasının İzmirdə yaşadığı və orada konsul vəzifəsini icar etdiyi məlum olub. 

Bu barədə İzmirdə yaşayan Böyük Britaniyalı Endryu Sayms araşdırma aparıb. Onun sözlərinə görə, Kamberbetç ailəsinə aid qəbirlərdən biri İzmirin Buca bölgəsində tapılıb. 

Benedikt Kamberbetçin ulu babası Robert Uilliam Kamberbetçin 1864-cü ildə İzmirə konsul olaraq göndərildiyi və Bucada yaşadığı bildirilib.

Məlumatlara əsasən, Uilliamın qardaşı Robert Karlton Kamberbetçin qəbri də İzmirdədir. 

Özü ilə bağlı bunları öyrənən məşhur aktyor Benediktin yaxın zamanlarda İzmirə gəlib Bucada yaxınlarının qəbrini ziyarət edəcəyi deyilib. 

Zöhrə Pənahi
BAKU.WS