İbrahim Tatlısəsdən iranlı xanımlara dəstək - FOTO

30
sen
2022
19:40
Məşhur türkiyəli müğənni İbrahim Tatlısəs İranın paytaxtı Tehranda Məhsa Əmininin öldürülməsindən sonra davam edən etirazlarla bağlı paylaşım edib.
“Allah bütün qadınların yanındadır”, - deyə o, “Instagram” hesabında qeyd edib.
İbrahim Tatlısəs paylaşımında iranlı qadınlara dəstəyini ifadə edib.
“Ruhumun narahatlığını, qəlbimdəki ağrını ifadə etməyə nə sözlər yetər, nə yazılar... Vəfat edən qızımız Məhsa Əmini və öz azadlıqları uğrunda mübarizə aparan bütün qadınların haqlı mübarizəsini sonsuzadək dəstəkləyirəm. Allah bütün qadınların yanındadır”.
Mənbə: Haber Global

Oxşar xəbərlər
İranda etiraz aksiyalarında 41 nəfər həyatını itirib
İranda 22 yaşlı Məhsa Əmininin hicab qaydasını pozduğuna görə əxlaq polisi tərəfindən öldürülməsindən sonra ölkə daxilində davam edən etiraz aksiyaları zamanı ö...