İranda tələbələr dərsə gəlməkdən imtina ediblər

26
sen
2022
20:47
İranda 18 universitetin tələbələri dərsə gəlməkdən imtina etdiklərini açıqlayıblar.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, İran İnsan Hüquqları Təşkilatının hesabatında tətillərin Tehran, Təbriz, Gilan, Əhvaz, Məşhəd və Qəzvin şəhərlərindəki 18 universiteti əhatə etdiyi bildirilir.
Məlumatlara görə, tətilə qoşulan ali məktəblərin sayı artır.
Tələbələr təhlükəsizlik qüvvələrinin zorakı davranışı, etirazçı tələbələrin həbsi və təhsilin virtuallaşdırılmasına etiraz olaraq dərslərdə iştirakdan imtina etdiklərini açıqlayıblar.
Oxşar xəbərlər
İranda nə baş verir? - Etirazlar şiddətlənir - VİDEO
Son günlər İranda iğtişaşlar səngimir. BAKU.WS xarici KİV-lərə istinadən xəbər verir ki, hadisələrə ilkin səbəb 22 yaşlı Məhsa Əmininin məcburi çadra qaydaların...
