SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti dövlət sərhədini qanunsuz keçmək istəyən üç Rusiya vətəndaşını saxlayıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.

Rusiya vətəndaşları Kostanay vilayətində sərhəddən qanunsuz keçərkən saxlanılıblar. Rusiya vətəndaşları ölkədə qismən səfərbərlikdən yayınmaq üçün sərhədi qanunsuz keçməyə cəhd etdiklərini bildirib.

Sorğular başa çatdıqdan sonra saxlanılarlar Rusiya tərəfinə təhvil veriləcək.

Qeyd edilib ki, hazırda sərhədlərin etibarlı mühafizəsini təmin etmək üçün Qazaxıstan sərhədçiləri gücləndirilmiş rejimdə fəaliyyət göstərirlər.

BAKU.WS