13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

İki gün öncə Türkiyənin vasitəçiliyi ilə Ukrayna və Rusiya arasında baş tutan əsir mübadiləsi zamanı 215 şəxs əsirlikdən azad olub.

BAKU.WS “qafqazino”ya istinadən xəbər verir ki, hazırda azad edilmiş hərbçilərdən “Azov” müdafiəçisi Mixail Dianovun vəziyyəti və əsirlikdə olarkən ona qarşı olan qeyri-insani rəftar dünya gündəmindədir.

Belə ki, 36-cı dəniz piyada briqadasının baş serjantı Mixail Dianov Azovstaldakı döyüşlər zamanı ağır yaralanıb. Onun hər iki ayağına güllə dəyib, sağ əlinin sümüyü isə əzilib.

Mixail dörd ay rus əsirliyində qaldıqdan sonra qol sümüyü yanlış böyüdü və qolunda dörd santimetr ölçüdə sümük çatışmır. İndi onun uzunmüddətli həm bərpaya, həm də köməyə ehtiyacı var.

BAKU.WS
QALEREYA