SİZİN REKLAM BURADA!
055 213 76 73


İspaniyanın “Barselona” futbol klubunun müdafiəçisi Jerar Pike kolumbiyalı müğənni Şakira ilə ayrıldıqdan iki ay sonra yeni münasibətə başlayıb.

BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, futbolçunun yeni sevgilisinin 23 yaşlı tələbə Klara Çia Marti olduğu bildirilir.

“Jerar və Klara bir neçə aydır ki, görüşürlər. Tələbədir, onun ofisində işləyir, tədbirlərin təşkilində kömək edir. Münasibətləri haqqında susurlar, amma ətrafdakı hər kəs nə baş verdiyini bilir”, - deyə mənbədən bildirilib.

Qeyd olunur ki, Jerar Pike Şakiradan cəmi iki ay əvvəl ayrılsa da, onun Klara Çia Marti ilə münasibəti daha əvvəldən olub.

Mənbə onu da əlavə edib ki, futbolçunun yeni sevgilisi jurnalistlərin onun fotolarını tapa bilməməsi üçün Pikenin xahişi ilə bütün sosial media hesablarını silib.

BAKU.WS