SİZİN REKLAM BURADA!
055 213 76 73


Gürcüstanda son üç saat ərzində beşinci zəlzələ qeydə alınıb.

“Sputnik Gürcüstan”ın məlumatına görə, Tbilisi vaxtı ilə 10:14-də Gürcüstan-Ermənistan sərhədində 3,1 maqnitudalı iki təkan olub.

***09:10

Gürcüstanda 4,8 maqnitudalı zəlzələ baş verib.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin Seysmoloji Monitorinq Milli Mərkəzindən bildirilib.

Yeraltı təkanlar Tbilisi vaxtı ilə saat 07:36-da qeydə alınıb. Zəlzələnin episentri Dmanisi rayonu yaxınlığında, Sameba kəndində olub.

Zəlzələ paytaxt Tbilisidə də hiss olunub. Dağıntı və xəsarət barədə hələlik məlumat yoxdur.

BAKU.WS