SİZİN REKLAM BURADA!
055 213 76 73


Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.

BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi təxminən 37 300-ə yaxın canlı qüvvəsini itirib.

Bundan başqa, Rusiyanın 1 641 ədəd tankı, 3 823 ədəd zirehli döyüş maşını, 834 ədəd artilleriya sistemi, 247 ədəd reaktiv yaylım atəşi sistemi, 108 hava hücumundan müdafiə sistemi, 217 ədəd hərbi təyyarəsi, 188 ədəd helikopteri, 155 qanadlı raketi, 2 694 ədəd nəqliyyat vasitəsi və avtoçən, 15 ədəd gəmi-kateri, 676 ədəd dronu və 66 ədəd xüsusi texnikası məhv edilib.

BAKU.WS