SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı açıqlanıb.

BAKU.WS-in məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

Döyüşlər nəticəsində Rusiyanın 35 750-yə yaxın hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, Rusiyanın 1 577 ədəd tankı, 3 736 ədəd zirehli döyüş maşını, 796 ədəd artilleriya sistemi, 246 ədəd reaktiv yaylım atəşi sistemi, 105 hava hücumundan müdafiə sistemi, 217 ədəd hərbi təyyarəsi, 186 ədəd helikopteri, 143 qanadlı raketi, 2 610 ədəd nəqliyyat vasitəsi və avtoçən, 15 ədəd gəmi-kateri, 645 ədəd dronu və 61 ədəd xüsusi texnikası məhv edilib.

BAKU.WS